- Cəmiyyət, Manşet

Ərdoğan səfirlərə cavab verib: “Türkiyəyə dərs vermək sizin həddiniz deyil”

“Türkiyəyə dərs vermək sizin həddiniz deyil”.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan on ölkənin səfirinin iş adamı Osman Kavala ilə bağlı birgə bəyanatına münasibət bildirərkən deyib.

“Bu Soros artığını müdafiə edənlər onun necə sərbəst qalmasına nail ola bilərik. Türkiyəyə belə bir dərs vermək sizin həddiniz deyil. Siz kimsiniz?”, – dövlət başçısı bildirib.

Qeyd edək ki, ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Niderland, İsveç, Kanada, Norveç və Yeni Zelandiya səfirləri iş adamı Osman Kavalanın azadlığa buraxılması tələbi ilə birgə bəyanatla çıxış ediblər.O.Kavala casusluq və dövlət çevrilişinə cəhddə təqsirləndirilir.