- Mədəniyyət

“Qalib olan Azərbaycan” tamaşalar festivalında ilk səhnə əsəri təqdim edilib

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizin ildönümünə həsr olunmuş “Qalib olan Azərbaycan” adlı tamaşalar festivalı başlanıb.

AZƏRTAC xəbər verir ki, noyabrın 2-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “Abbas Mirzə Şərifzadə səhnəsi”ndə “İnanıram” tamaşası ilə festivala start verilib.

Tamaşanın müəllifi Ülviyyə Heydərova, rejissoru Emil Əsgərovdur.

Tarixi hadisəyə həsr olunmuş festivalın keçirilməsində əsas məqsəd Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Ordumuzun göstərdiyi qəhrəmanlığı, qalib Azərbaycanımızın tarixində əbədi qalacaq Zəfərə doğru gedən çətin və şərəfli yolu əks etdirən dramaturji nümunələrin sayını artırmaq, milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarətdir.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova