- Mədəniyyət

Üzeyir Hacıbəylinin “Koroğlu” operası nümayiş olunacaq

Noyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operası nümayiş olunacaq.

Operada teatrın aparıcı solistləri Xalq artisti Əkrəm Poladov (Əli), Əməkdar artistlər Ramil Qasımov (Koroğlu), İlahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsənxan), Əliəhməd İbrahimov (Təlxək) və başqaları iştirak edəcəklər.

“Koroğlu” operasının quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Tamaşanı Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək. (azertac)

 28 Oxunub

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova