- Cəmiyyət, Manşet

“Qalatasaray”ı təhqir edən Fransalı jurnalist üzr istəyib

Türkiyənin “Qalatasaray” klubunu təhqir edən fransalı jurnalist Romen Kanuti üzr istəyib.

Kanuti bu barədə tviter hesabından paylaşım edib.

“Dünən axşam mətbuat konfransından əvvəl zarafat hesab etdiyim hərəkətlə həddi aşdığımın fərqinə vardım. Buna görə “Qalatasaray” azarkeşlərindən üzr istəyirəm” deyə o yazıb.

Qeyd edək ki, Romen Kanuti “Marsel”in UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda İstanbul təmsilçisinə qarşı keçirəcəyi oyundan əvvəl “Qalatasaray”ı təhqir edib. Media nümayəndəsi “sarı-qırmızılar”ın simvolu olan aslan heykəlinin üstünə çıxıb və sosial şəbəkə hesablarında “aslanı əhliləşdirdim” yazıb.

Onun bu hərəkətinə yerli azarkeşlər etiraz ediblər.

Qeyd edək ki, bu gün oynanılacaq “Qalatasaray” – “Marsel” matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. (report)

 32 Oxunub

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova