- Cəmiyyət

Beynəlxalq Qızıl Xaç Komitəsinə ilk dəfə qadın rəhbərlik edəcək

Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) ilk dəfə qadın rəhbərlik edəcək.

İsveçrəli diplomat Mirjana Spolyariç Egger gələn ilin oktyabr ayından etibarən öz vəzifəsinin icrasına başlayacaq.

“Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbər orqanı olan Assambleya bu gün Mirjana Spolyariç Eggeri BQXK-nın prezidenti vəzifəsinə seçib. O, 2022-ci ilin sentyabrında istefa vermək qərarı verən hazırkı prezident Peter Maureri əvəz edəcək”, – BQXK-nın bəyanatında bildirilir.

M. S. Egger daha əvvəl İsveçrənin Federal Xarici İşlər Departamentində işləyib, hazırda BMT Baş katibinin köməkçisi vəzifəsində çalışır, BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə regional bürosuna rəhbərlik edir. (apa)

 26 Oxunub

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova