- Mədəniyyət

Opera və Balet Teatrında təqdim olunan “Koroğlu” operası alqışlarla qarşılanıb

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Koroğlu” operası nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, təqdim olunan səhnə əsərində Koroğlu obrazını Əməkdar artist Ramil Qasımov canlandırıb.

Bundan başqa, səhnə əsərində digər rolları teatrın aparıcı solistlərindən Xalq artistləri Əli Əsgərov (İbrahim xan), Əkrəm Poladov (Alı kişi), Fidan Hacıyeva (Xanəndə qız), Əməkdar artistlər İlahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsən xan), Tural Ağasıyev (Həmzə bəy), Əliəhməd İbrahimov (Təlxək), Mahir Tağızadə (Ehsan paşa) və başqaları ifa edib.

Operanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev idarə edib.

Qeyd edək ki, “Koroğlu” – Azərbaycanın böyük bəstəkarı Üzeyir Hacıbəyov tərəfındən bəstələnmiş beş pərdəlik operadır. Əsərin librettosu Heydər İsmayılov və Məmməd Səid Ordubadi tərəfindən yazılmışdır. Azərbaycanın əfsanələrindən biri olan Koroğlu dastanı, çox məşhurdur. Bu opera Hacıbəyovun yaradıcılığının zirvəsini təşkil edir. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır. “Koroğlu” operası ilk dəfə 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunm

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova