- Cəmiyyət

Azərbaycan Gürcüstanla təhsil sahəsində yeni sazişi müzakirə edib

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq əlaqələr departmanetinin rəhbəri Kaxa Xandolişvilinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Azərbaycanın təhsil nazirinin müavini Muxtar Məmmədov nümayəndə heyəti ilə görüş keçirib. Tərəflər nazirliklər arasında əməkdaşlığa dair bir sıra məsələləri müzakirə ediblər. Əsas diqqət Azərbaycan və Gürcüstan arasında təhsil sahəsində imzalanacaq yeni sazişin hazırlanması məsələsinə yönəldilib.

Görüşdə Azərbaycandakı gürcüdilli və Gürcüstandakı azərbaycandilli məktəblərin dərsliklərlə fasiləsiz təchizatı və Azərbaycanın təhsil naziri Emin Əmrullayevin Gürcüstana səfəri də müzakirə olunub.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze də görüşdə iştirak edib.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova