- Cəmiyyət

ABŞ-da poçtla səs verənlərin sayı 45 milyonu ötüb

ABŞ-da seçicilər Konqres üzvlərini və ştat səviyyəli idarəçiləri müəyyən etmək üçün sandıq başına gedərkən, daha əvvəl poçtla başlayan erkən səsvermədə fəallığın 45 milyonu keçdiyi bildirilir.
525.az xəbər verir ki, erkən səsvermə məlumatlarını izləyən “Edison Research” and “Catalyst”in məlumatına görə, istər poçt, istərsə də poçt vasitəsilə 47 ştatda erkən seçicilərin sayı 45 milyonu keçib. Erkən səsvermə üsulunda Texas ştatı 5,4 milyon səslə öndə olub, Florida 4,9 milyon səslə ikinci və Kaliforniya isə 4,7 milyon səslə üçüncü olub. ABŞ xalqı 100 üzvlü Senatın 35 faizini və 435 yerlik Nümayəndələr Palatasının hamısını yenidən seçmək üçün seçkilərə gedib. Təkrar seçkilərdə 36 ştatın qubernatorluğu başda olmaqla, digər əyalət və yerli idarəetmə orqanlarında vəzifə sahibləri də müəyyənləşəcək.