- Cəmiyyət, Manşet

ABŞ Rusiya təyyarələrinə hava məkanını tərk etməyi əmr edib

ABŞ səlahiyyətliləri Rusiya təyyarələrinə ölkənin hava məkanını tərk etməyi əmr edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Nəqliyyat Departamentinin dərc etdiyi bildirişdə deyilir.

Bundan əvvəl departament Rusiya təyyarələrinin ABŞ hava məkanında uçuşlarına qadağa qoyub.

Sənəddə, həmçinin bildirilir ki, təyyarələri ABŞ-da olan hava daşıyıcıları bu qərarın icrası üçün lazım olan tədbirləri görmək üçün ABŞ hakimiyyət orqanlarından icazə tələb edə bilər.