- Cəmiyyət, Manşet

AFFA ermənilərin təxribatı ilə əlaqədar FIFA-ya müraciət ünvanlayacaq

Azərbaycan Futbol Federasiyaları Assosasiyası (AFFA) tərəfindən FIFA-ya ermənilərin Rumıniya ilə oyunda təxribata əl atması ilə əlaqədar müvafiq qaydada müraciət ünvanlanacaq.

Bu barədə AFFA-nın “Facebook” səhifəsində bildirilir. Məlumatda deyilir: “2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Ermənistan – Rumıniya oyunu zamanı stadionun tribunasında separatçı rejimin qondarma bayrağının asılması ilə əlaqədar AFFA tərəfindən FIFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq”.