- Cəmiyyət, Manşet

Almaniya, Fransa və İtaliya liderləri Ukraynada səfərdədirlər

Almaniyanın kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi Ukraynaya səfər ediblər.

“Report” xəbər verir ki, bu barədə İtaliyanın “RaiNews24” telekanalı məlumat yayıb.

“Avropa liderləri artıq Ukrayna ərazisindədirlər”, – səhər xəbər buraxılışının aparıcısı bildirib.

Qeyd edək ki, daha öncə “Bild am Sonntag” nəşri Ukrayna və Fransa hökumət dairələrindəki mənbələrə istinadən 3 Avropa liderinin Ukraynaya səfər edəcəyinə dair məlumat yaymışdı. Daha sonra jurnalistlər onların Ukraynanın paytaxtına iyunun 16-da səhər qatarla gəlməli olduqlarını öyrəniblər.

Təhlükəsizlik səbəbi ilə bu səfərlə bağlı rəsmi məlumat verilməyib.