- Cəmiyyət, Xəbərlər

Amerikalılar Baydenin Əfqanıstan siyasətindən narazıdır

Bir çox amerikalı ABŞ Prezidenti Co Baydenin Əfqanıstanla bağlı qərarlarının səhv olduğunu düşünür.

Bu barədə “The Washington Post” və ABC telekanalının birgə keçirdiyi sosioloji sorğunun nəticəsində qeyd olunub.

Məlumata görə, respondentlərin 30%-i Baydenin Əfqanıstanla bağlı hərəkətlərini bəyənir. Anket iştirakçılarının 60%-i isə əks fikirdədir. Qalanları neytral qalıb.

ABŞ administrasiyası rəhbərinin qərarları onun reytinqinin aşağı düşməsinə səbəb olub. Araşdırmaya qatılanların 44%-i indiki Amerika liderinin vəzifələrinin öhdəsindən necə gəldiyini müsbət, 51%-i mənfi qiymətləndirib. (modern.az)