- Mədəniyyət

Avstraliyanın Melburn şəhərində Azərbaycan musiqisi gecəsi keçirilib

Avstraliya İttifaqının Melburn şəhərində Azərbaycan musiqilərindən ibarət konsert proqramı təqdim olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, konsert “AYTAY” musiqi qrupunun rəhbəri Aslan Şərifi tərəfindən təşkil edilib.

Tədbirdə soydaşlarımızla yanaşı, əcnəbilər də daxil olmaqla 350 nəfərə yaxın qonaq iştirak edib.

Konsertdə Emin Sabitoğlu, Cahangir Cahangirov, Tofiq Quliyev, Ramiz Mirişli kimi Azərbaycan bəstəkarlarının musiqiləri səsləndirilib, “AYTAY”ın rəqs qrupu tərəfindən milli rəqslərimiz nümayiş olunub. Konsert Rəşid Behbudovun “Azərbaycan” mahnısı ilə yekunlaşıb.