- Cəmiyyət

Azərbaycan taekvondoçusu qızıl medal qazanıb

Azərbaycanın ev sahibliyi etdiyi III MDB oyunları çərçivəsində taekvondo idman növü üzrə yarımfinal yarışları keçirilir.

APA-nın bölgə müxbiri xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” olimpiya idman kompleksində start götürən yarışlarda 68 kiloqram çəki dərəcəsində çıxış edən taekvondoçumuz Vasif Səlimov qızıl medala sahib olub.