Azərbaycan Vatikanda səfirlik açır.
“Report”un xəbərinə görə, bununla bağlı parlamentə “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi daxil olub.
Sənəd bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə edilərək plenar iclasa tövsiyə olunub.