- Cəmiyyət

Azərbaycanın bir cüdoçusu finalda, digəri bürünc medal qazana bilər

Azərbaycan cüdoçusu Murad Fətiyev Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən Açıq Avropa turnirində finala vəsiqə qazanıb.

“Report”un məlumatına görə, 90 kq-da çıxış edən idmançı yarımfinalda kanadalı Yanq Kiqanı məğlub edib. Onun həlledici qarşılaşmadakı rəqibi Kanadanın digər təmsilçisi Aleksandr Arensibia olacaq.

81 kq-da Hasil Cəfəov və 70 kq-da çıxış edən Südabə Ağayeva isə finala gedən yolda, müvafiq olaraq, rumıniyalı Nikon Zaboroşuk və xorvatiyalı Andelo Violiçlə bacarmayıblar.

Təsəlliverici görüşdə uduzan Cəfərov medal şansını itirib. Ağayeva isə bürünc medal uğrunda qarşılaşmada yerli idmançı Serafima Moskalu ilə üz-üzə gələcək.