- Mədəniyyət

Bakı Dövlət Sirki yeni mövsümə beynəlxalq proqramla başlayır

Bakı Dövlət Sirkində yeni mövsümdə “Beynəlxalq Sirk: Festival qalibləri” adlı beynəlxalq sirk proqramı nümayiş olunacaq.

“Report”un məlumatına görə, proqramın təşkilatçısı dünya şöhrətli azərbaycanlı sirk ustası, Ümumdünya Sirk Sənəti Festivalının ali mükafatları laureatı Allahverdi İsrafilov jurnalistlərə açıqlamasında bildirib ki, nümayiş oktyabrın 14-dən başlayacaq.

O qeyd edib ki, noyabrın 27-nə kimi davam edəcək kimi davam edəcək proqram ilk olaraq oktyabrın 12-də şəhid və qazi ailələri üçün xeyriyyə məqsədi ilə nümayiş olunacaq.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova