- Cəmiyyət, Manşet, Xəbərlər

Belarusun müdafiə naziri: “Azərbaycan bizim ənənəvi dostumuz və müttəfiqimizdir”

“Yüksək səviyyədə səfərlər mübadiləsi həmişə onu göstərir ki, bizim qarşılıqlı fəaliyyətimiz və əməkdaşlığımız yaxşıdır və gözəldir. Bizim dövlətimizin başçısı demişkən, Azərbaycan Belarusun şəxsində Mərkəzi Avropada özünə etibarlı dayaq, Belarus isə Azərbaycanın şəxsində Qafqazda etibarlı dost tapıb. Prezidentin dediyi kimi, bizim parlaq əməkdaşlığımız var. Deyə bilərəm ki, o, buna görə çox fəxr edir”.

“Report” xəbər verir ki, bu fikirləri Belarusun müdafiə naziri Viktor Xrenin Prezident İlham Əliyevin bugünkü qəbulunda çıxışı zamanı deyib.

“Azərbaycan bizim ənənəvi dostumuz və müttəfiqimizdir, həm regional, həm də beynəlxalq siyasi aləmdə həmişə mühüm rol oynayıb. Dünya miqyasında bizi dəstəklədiyinizə, bizə siyasi dəstək verdiyinizə görə Sizə şəxsən öz adımızdan, Belarus Respublikası adından təşəkkürümü bildirmək istərdim. Dağlıq Qarabağ zonasında hərbi əməliyyatların dayandırılması üçün əldə etdiyiniz razılaşmaları da alqışlayırıq. Biz, sadəcə, əminik ki, müdrik rəhbərliyinizlə bu, həmin regionun daha da inkişaf etməsi və diyarda sülhün möhkəmlənməsi üçün yaxşı təməl olacaq”, – nazir əlavə edib.