Rusiya Ukraynada döyüş əməliyyatlarının dəstəklənməsində “Vaqner” hərbi şirkətinin qırıcı təyyarələrindən istifadə edir.
APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, Ukrayna qüvvələri iyunun 17-də Rusiyaya məxsus Su-25 qırıcı təyyarəsinin vurulması və pilotun qısa müddət sonra ələ keçirilməsi barəsində məlumat yayıb. Pilot Rusiya Hərbi Hava Qüvvələrinin (HHQ) keçmiş mayoru olduğunu, “Vaqner” hərbi şirkəti üçün çalışdığını və münaqişə zamanı bir neçə uçuş həyata keçirdiyini etiraf edib.