- Cəmiyyət, Manşet

Bu gün Azərbaycanda yeni dərs ili başlayır

Bu gün Azərbaycanda Bilik Günüdür.

“Report”un xəbərinə görə, sentyabrın 15-də ölkənin bütün ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində yeni dərs ili başlayır.

2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərinin birinci sinifinə gedəcək şagirdlərin sayı 158 297 nəfərdir. Doqquzuncu sinifdə 147 029, on birinci sinifdə isə 100 455 nəfər təhsil alacaq. Ümumilikdə, yeni tədris ilində 1 616 214 şagird oxuyacaq.

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə 484 731 şagird təhsil alacaq. I sinifdə 46 200, IX sinifdə 37 987, X sinifdə 26 898, XI sinifdə 25 551, XII sinifdə 168 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Ümumi təhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

Yeni tədris ili üçün Zəngilan rayonunun Ağalı kəndində zəng çalınacaq və müəllimlər tədrisə başlayacaq.

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribat zamanı şəhid olanların xatirəsinə hörmət əlaməti olaraq 15 sentyabr – Bilik Günü təntənəli şəkildə qeyd edilməyəcək.

Yeni tədris ili iyunun 14-də başa çatacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.