- Cəmiyyət, Manşet

Bu gün Mariupolda humanitar dəhlizin açılması planlaşdırılır

Bu gün Mariupoldan mülki şəxslərin təxliyəsi üçün humanitar dəhliz açılacaq.

APA xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bildirib.

O qeyd edib ki, saat 14:00 radələrində Manquş və Berdyanskdan Zaporojye istiqamətində qadınların, uşaqların və yaşlıların təxliyəsi üçün humanitar dəhlizin açılması ilə bağlı razılıq əldə edilib.

Vereşçuk təhlükəsizlik vəziyyətinin çətin olduğunu və dəhlizin vaxtı ilə bağlı dəyişikliklərin mümkün olacağı barədə xəbərdarlıq edib.

Şəhər meri Vadim Boyçenko təxliyə zamanı 90 avtobus vasitəsilə 6 mindən çox dinc sakinin təxliyə olunacağını əlavə edib.