- Cəmiyyət, Manşet

“Danışıqlar üçün ən yaxşı yer döyüş meydanıdır” – Kuleba

“Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün ən yaxşı yer döyüş meydanıdır”.

Modern.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Le Journal du dimanche” jurnalına müsahibəsində deyib.

“Prezident Makron kiminlə danışacağına qərar vermək hüququna malikdir. Lakin təcrübə göstərdi ki, Putinlə müzakirələr üçün ən yaxşı yer döyüş meydanıdır”, – Kuleba bildirib.

XİN rəhbəri qeyd edib ki, Kreml rəhbərinin yalanlarına görə, danışıqlar nəticə vermir.

Eyni zamanda Kuleba əlavə edib ki, istənilən müharibə diplomatiya ilə başa çatır. Vacib olan odur ki, Ukrayna qalib mövqeyində danışıqlar masasına otursun və son məsələ döyüş meydanında həll olunsun.