- Cəmiyyət

DÇ-2022-də ilk heç-heçə qeydə alınıb

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının B qrupunda ilk tura yekun vurulub.

“Report”un məlumatına görə, qrupun ikinci oyununda ABŞ və Uels yığmaları üz-üzə gəliblər. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Matçda ilk qolu amerikalılardan 36-cı dəqiqədə Timoti Vea vurub. 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Qaret Beyl hesabı bərabərləşdirib. Bu, mundialda qeydə alınan ilk bərabərlik olub.

Qeyd edək ki, ilk turdan sonra qrupa 3 xalı olan İngiltərə millisi başçılıq edir. Hərəyə 1 xalı olan ABŞ və Uels 2-3-cü yerləri bölüşürlər. İran isə sonuncudur.