- Cəmiyyət

Doktorantura və dissertanturaya xarici dildən qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi iyunun 12-də doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları keçirəcək.

“Report” xəbər verir ki, imtahanlar saat 11:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır.

İmtahanlarda ümumilikdə 2 218 nəfər iştirak edəcək. Doktoranturaya qəbul imtahanına 1718 nəfər (1672 nəfər ingilis dili, 24 nəfər fransız dili, 22 nəfər alman dili), fəlsəfə doktoru imtahanına 491 nəfər (470 nəfər ingilis dili, 14 nəfər fransız dili, 7 nəfər alman dili) qeydiyyatdan keçib. 9 əcnəbi isə Azərbaycan dili üzrə imtahan verəcək.

İmtahanda 2 nəfər fiziki məhdudiyyətli (gözdən əlil) namizəd da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binasında xüsusi zal ayrılıb və fərdi nəzarətçilər təyin edilib.

İmtahanlar Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahanlar saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.