- Cəmiyyət, Manşet, Xəbərlər

Emin Əmrullayev: “Şagirdin dərs yükünü azaltmaq lazımdır”

“Məktəbdaxili qiymətləndirmə ilə bağlı köklü və əsaslı müzakirələr aparılmalıdır. Pilot qaydada iki məktəbdə qiymətləndirmə prosesinə başlanılıb. Bunun sonrakı illərdə digər məktəbləri də əhatə etməsi planlaşdırılır”.

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, əvvəlki illərlə müqayisədə indi məktəbin tədris prosesi dəyişib: “Əgər dəyişiklik yoxdursa, deməli, ciddi problem mövcuddur. Sonda uşağın gündəliyində 2,3 və ya 4-5 qiymətinin yazılması yox, onun bacarıqlarının qiymətləndirilməsi daha vacibdir. Məktəbdaxili qiymətləndirmədə bir neçə istiqamət olmalıdır. İlk növbədə, şagirdin dərs yükünü azaltmaq lazımdır. Qiymətləndirmənin sayının azaldılmasının tərəfdarıyam. Amma, təbii ki, bu məsələ müzakirə edilməlidir”.

Onun sözlərinə görə, buraxılış imtahanlarında da məzmun dəyişilməlidir: “Aidiyyəti qurumlarla daim sıx əməkdaşlıq şəklində işləyirik. Çalışırıq ki, dərsliklərdə olan məzmun imtahana da salınsın. Çoxseçimli cavabların başqa alternativlərlə əvəz olunmasını istəyirəm”.

report.az