- Mədəniyyət

Gənc Tamaşaçılar Teatrı “Qızıl balıq” tamaşasını göstərəcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Pərvinin “Qızıl balıq” (A.S.Puşkinin “Balıqçı və balığın nağılı” əsərinin motivləri əsasında) pyesi əsasında hazırlanan eyniadlı tamaşanı bu ay repertuara salıb.

Teatrdan AZƏRTAC-a bildirilib ki, sentyabrın 25-də nümayiş ediləcək tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir. Səhnə tərtibatı Reyhan Aslanova və Şahin Hüseynliyə aiddir.

Səmimiyyət, mehribanlıq və zəhmətsevərlik kimi üstün keyfiyyətləri təlqin edən tamaşada qəhrəmanların simasında var-dövlətə, şan-şöhrətə hərisliyin gətirdiyi uğursuzluq aydın detallarla təqdim olunur. Bununla da rejissor balacalara sahib olduqları ilə kifayətlənməyib, acgözlük edən qarının timsalında xudbinlik və azğınlığın acı sonluğunu göstərməyə çalışır.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova