- Cəmiyyət

Gürcüstan Aİ-yə üzvlüklə bağlı sorğunun ikinci hissəsini təqdim edib

Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı sorğunun ikinci hissəsini də tamamlayaraq təhvil verib.

APA-nın yerli bürosu xəbər verir ki, sənədi Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə Avropa İttifaqının Gürcüstandakı səfiri Karl Hartzelə təqdim edib.
Sorğunun ikinci hissəsinin 33 bölmə və 2300-dək sualdan ibarət olduğu bildirilib.