- Cəmiyyət

İçərişəhərdə Qala divarını yazan şəxs müəyyən edilib

“Ötən gün bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə İçərişəhərin Qala divarında törədilən vandalizm aktı barəsində məlumatlar paylaşılıb”.

Bu barədə APA-ya “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, “İçərişəhər” DTMQİ-nin məlum hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə rəsmi müraciəti əsasında araşdırma aparılıb. Səbail Rayon Polis İdarəsinin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində əməli törədən şəxsin 26 yaşlı Bakı şəhər sakini S. Qurbanzadə olduğu müəyyən edilib. Yaxın vaxtlarda hadisəyə hüquqi qiymət verilməsi təmin ediləcək.