- Cəmiyyət

İrəvanda Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına dəstək mitinqi keçirilir

İrəvanda mindən çox şəxsin iştirakı ilə Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına dəstək mitinqi keçirilir.

“Report” TASS-a istinadən xəbər verir ki, Ermənistan və Rusiya bayraqlarının dalğalandırıldığı aksiya yerli xəbər portallarında canlı yayımlanır.

“Rusiya hərbçilərini dəstəkləyirik. Strateji tərəfdaşımızla birlikdəyik. Rusiyanı müdafiə etməklə öz dövlətçiliyimizi və müqəddəs kilsəni dəstəkləyirik”, – aksiyanın təşkilatçılarından biri, parlamentin sabiq deputatı Ayk Babuxanyan bildirib.

Aksiya iştirakçıları rusiyapərəst şüarlar səsləndirir, İkinci Dünya müharibəsinə həsr olunmuş mahnılar oxuyurlar.

Nümayiş Rusiya səfirliyinə istiqamətində yürüşlə başlayıb. Bununla iştirakçılar diplomatik missiyanın əməkdaşlarına dəstəklərini ifadə edirlər.