- Cəmiyyət

KİV: “Baydenin yaşı onun yenidən prezident seçilməsini sual altına qoyur”

ABŞ Prezidenti Cozef Baydenin yaşı ilə bağlı vəziyyətində və davranışında dəyişikliklər onun 2024-cü ildə uğurlu seçki kampaniyasının mümkünlüyünü sual altına qoyur.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post”un köşə yazarı Meqan Makardalın nəşrin saytında dərc olunmuş məqaləsində bildirilib.

Jurnalist bu həftənin əvvəlində Ağ Evdə keçirilən konfransda baş vermiş vəziyyəti xatırlayaraq bildirib ki, bu il 80 yaşı tamam olan Bayden orada çıxış edərkən avqust ayında avtomobil qəzasında həlak olan ABŞ konqresmeni Ceki Valorskini axtarmağa başlayıb:

“Prezidentimiz Ağ Evdə ölülərlə danışmağa başlamazdan çox əvvəl Cozef Baydenin çiçəklənmə dövrünün bitdiyi açıq-aydın görünürdü”- deyə, məqalədə qeyd olunub.

Onun sözlərinə görə, koronavirusun yayılması ilə mübarizə üçün tətbiq edilən məhdudiyyətlər səbəbindən 2020-ci il seçki kampaniyası çərçivəsində namizədlərin tədbirlərinin və çıxışlarının sayı əhəmiyyətli dərəcədə azalıb və bu, onun fikrincə, Baydenin xeyrinə olub.

“Namizədlər bir-birinin ardınca ictimai tədbirlərdə iştirak edirlər və yaş bu cəhddə açıq-aşkar çatışmazlıqdır, baxmayaraq ki, ölümcül deyil. Donald Tramp hər zaman yetmiş yaşlarında qızardılmış yemək yeyən adam üçün olduqca güclü görünürdü və podiumda bir saatlıq improvizasiyalardan açıq-aydın həzz alırdı. Lakin 2020-ci il kampaniyasının başlanğıcında Bayden günün hansı saatında çıxış etməsindən asılı olmayaraq yorğun görünürdü”.