- Cəmiyyət

KİV: Finlandiya Türkiyənin NATO-ya üzvlüklə bağlı irəli sürdüyü şərti qəbul etməyib

Finlandiya Türkiyənin NATO-ya üzv olması üçün irəli sürdüyü şərti qəbul etməyib.

APA İlta-Sanomat qəzetinə istinadən xəbər verir ki, rəsmi Helsinki FETÖ VƏ PKK terror təşkilatları ilə əlaqəsi olan şəxsləri Türkiyəyə verməkdən imtina edib.

Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün həmin ölkələrə terrora dəstək verməmək də daxil olmaqla, 10 şərt irəli sürüb.