- Cəmiyyət, Manşet

Kremldə Ukraynanın 4 regionunun Rusiyaya daxil olmasına dair sazişlər imzalanıb

kraynanın dörd regionunun Rusiyaya birləşdirilməsi haqqında müqavilələr imzalanıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Böyük Kreml Sarayının Georgiyevsk zalında təntənəli mərasim keçirilib.

Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dörd separatçı regionunun başçıları arasında Donentsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyası ərazisinə daxil olması haqqında müqavilələr imzalanıb.

***

16:19

Bu gün Kremldə yeni ərazilərin Rusiyaya daxil olmasına dair sazişlər imzalanır.

APA-nın Moskva müxbiri xəbər verir ki, Prezident Vladimir Putin çıxış edir.

Xatırladaq ki, Rusiya Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson regionlarında 23-27 sentyabr tarixlərində “referendum” təşkil edib. “Referendumlar”da bütün səslərin sayıldığı və seçicilərin böyük əksəriyyətinin Rusiyaya birləşməyə səs verdiyi bildirilib.