- Mədəniyyət

MDB-yə üzv ölkələrin gənclərinin XV Delfi Oyunlarına yekun vurulub

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin gənclərinin dekabrın 7-dən 10-dək keçirilən XV Delfi Oyunlarına yekun vurulub. COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tədbir distant formatda təşkil olunub.

AZƏRTAC xəbər verir ki, MDB-yə üzv ölkələrin gənclərinin XV Delfi Oyunları Birliyin yubileyinə həsr edilən əsas tədbirlər planına uyğun olaraq keçirilib. Oyunlar Rusiya Milli Delfi Şurası tərəfindən İcraiyyə Komitəsinin, Parlamentlərarası Assambleyanın, Mədəni Əməkdaşlıq üzrə Şuranın, MDB gənclərinin işləri üzrə Şuranın dəstəyi, MDB işləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin dəstəyi ilə təşkil olunub.

Oyunlar Beynəlxalq Delfi Komitəsinin himayədarlığı ilə keçirilib.

XV Delfi Oyunlarında Birliyin 9 ölkəsi, o cümlədən Azərbaycan iştirak edib. Münsiflər heyəti MDB ölkələrindən olan 45 incəsənət xadimindən ibarət olub.

Yarışlar yaş qruplarına bölünməklə 10 nominasiya üzrə keçirilib: fortepiano, skripka, akademik, xalq mahnıları və estrada mahnıları ifası, xalq rəqsləri və müasir rəqslər, sirk sənəti, xalq çalğı alətləri və nəfəs alətləri. Ümumilikdə 27 dəst mükafat oynanılıb. Yarışların nəticələrinə əsasən, hər bir ölkədən olan təmsilçilər Birliyin Delfi Oyunlarının qalibinə, mükafatçısına çevrilib, yaxud diplomunu qazanıb.

XV Delfi Oyunları qala-konsertlə başa çatacaq, tədbir Oyunların “t.me/delphic_games” kanalında yayımlanacaq.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova