- Manşet, Mədəniyyət

Moskvada Nizami Gəncəvinin 880 illiyi münasibətilə “Yeddi gözəl” baleti nümayiş edilib

Moskva vilayəti Dövlət “Russkiy balet” Teatrı Nizami Gəncəvinin 880 illiyi münasibətilə Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletini təqdim edib.

Tamaşa Moskva Quberniya Teatrının səhnəsində nümayiş olunub.

Balet Qara Qarayevin anadan olmasının 103-cü ildönümü və Nizami Gəncəvinin 880 illiyi münasibətilə tamaşaçılara yeni quruluşda təqdim edilib. Məşhur baletmeysterlər, Azərbaycanın Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun ssenarisi əsasında tərtib edilən tamaşanın yeni quruluşu Azərbaycanın və Rusiyanın Əməkdar artisti, “Russkiy balet” Teatrının baletmeysteri Vitali Axundova aiddir.

Qeyd edək ki, bu ilin əvvəlində teatr “Yeddi gözəl” baletini görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 103-cü ildönümü münasibətilə yeni quruluşda təqdim etmişdi.

Rusiya tamaşaçıları beynəlxalq müsabiqələr laureatları Dmitri Kotermin, Yulia Zvyagina, Mstislav Arefiyev, Vladimir Mineyev və Valeria Vasilyevanın ifa etdikləri səhnə əsərini hər zaman böyük heyranlıqla izləyirlər.

AZƏRTAC