- Cəmiyyət, Manşet

NATO-nun baş katibi: “Alyans nüvə silahından istifadəyə reaksiyasını Rusiyaya əvvəlcədən açıqlamayacaq”

“Şimali Atlantika Müqaviləsi Təşkilatı heç vaxt Rusiyaya “imtiyaz” verməyəcək ki, Ukraynada nüvə silahının mümkün istifadəsinə NATO-nun cavabını əvvəlcədən bilsin”.

“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, NATO Rusiya nüvə qüvvələrinin hazırlığını və ya ölkənin nüvə siyasətində dəyişiklikləri müşahidə etməyib.

“Bununla belə, biz ayıq qalacağıq və təbii ki, onlara Ukraynada nüvə silahının tətbiqinə necə cavab verəcəyimizi dəqiq bilmək imtiyazını heç vaxt verməyəcəyik. Qərbin Ukraynaya dəstəyinin risksiz alternativləri yoxdur, halbuki Rusiyanın münaqişədə qələbəsi alyansın müttəfiqlərini böyük risk altına atacaq”.