- Manşet, Mədəniyyət

Nazir: “Ağdamda açıq səmada işğal muzeyinin layihələndirilməsi prosesindəyik”

“İşğaldan azad edilmiş ərazilərdəki muzey və abidələrin bərpası ilə bağlı layihələndirmə prosesindəyik”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib.

“Birinci Ağdamdan başlayırıq. Prezidentin də elan etdiyi kimi, Ağdamda açıq səmada işğal muzeyinin layihələndirilməsi prosesindəyik. Beynəlxalq ekspertləri də bu sahəyə cəlb etmişik. Məqsədimiz ondan ibarətdir ki, insanlar açıq səmadakı muzeydə dağıntıların miqyasını görə bilsinlər”, – o bildirib.