- Cəmiyyət

Pentaqon rəhbərinin göyərtəsində olduğu təyyarə təcili eniş edib

Pentaqon rəhbərinin göyərtəsində olduğu təyyarə kabinənin pəncərəsinin çatlaması səbəbilə qəza siqnalı verib.

APA xəbər verir ki, hadisənin Pentaqon rəhbəri Pit Heqsetin Brüsseldən ABŞ-a uçarkən baş verdiyi bildirilir.

Heqsetin göyərtəsində olduğu “Boeing” tipli təyyarə Atlantik okeanı üzərindən dönərək Böyük Britaniyaya doğru hərəkət edib və orada təcili eniş edib.