- Cəmiyyət

Putin Belarusa gedəcək

Rusiya prezidenti Vladimir Putin Belarusa səfər edəcək.

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, səfər 19 dekabr tarixində baş tutacaq.

Putinin Minsk şəhərində yüksək səviyyədə qarşılanma mərasimindən sonra Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüş keçirməsi planlaşdırılıb.

Bildirilib ki, görüş zamanı iqtisadi məsələlər, təhlükəsizlik siyasəti, həmçinin beynəlxalq çağırışlara birgə reaksiya verilməsi ilə bağlı mövzular müzakirə ediləcək.

Görüşlərin həm təkbətək, həm də geniş tərkibdə keçirilməsi nəzərdə tutulub.