- Cəmiyyət, Manşet

Rusiya aerodromuna PUA hücumu zamanı 3 hərbçi ölüb

Ukrayna ordusunun Rusiya Hərbi Kosmik Qüvvələrinin aerodromuna PUA hücumu nəticəsində 3 hərbçi həlak olub.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.

Bildirilib ki, daha 4 rusiyalı hərbçi yaralanıb.

Onun sözlərinə görə, Rusiyaya məxsus 2 təyyarə zədələnib.