Rusiya Ukraynaya ötən gecəki hücumda 300-dən çox dron və 30-dan çox raketdən istifadə edib.
APA xəbər verir ki, bunula bağlı Ukrayna prezidenti Volodimir Zelenski X hesabında məlumat verib.
“Ötən gecə döyüşçülərimiz Rusiyanın daha bir hücumunu dəf etdilər. Bu hücumda 300-dən çox dron və 30-dan çox raketdən istifadə olunub. Hədəflərin vurulması, xilasetmə əməliyyatları davam edir”, -Zelenski bildirib.
Onun sözlərinə görə, Donetsk, Sumı, Xerson, Volın, Pavloqrad, Zaparojiye, Kirovoqrad, Odessa və bir sıra digər bölgələr Rusiyanın hücumuna məruz qalıb. Odessada 6 nəfər yaralanıb, bir nəfər isə həlak olub.
Zelenski Ukraynanın havadan müdafiəsinin daha da gücləndirilməli olduğunu vurğulayıb.