- Cəmiyyət

Slovakiya Ukraynaya 4 ədəd özüyeriyən zenit qurğusu verib

Ukrayna Slovakiyanın əvvəllər tədarükünü vəd etdiyi ilk dörd ədəd “Zuzana” özüyeriyən artilleriya qurğusunu alıb.

“Report”un xəbərinə görə, bu barədə “RBC-Ukraina” Slovakiyanın müdafiə naziri Yaroslav Nadın tviter səhifəsinə istinadən məlumat yayıb.

Nazir qeyd edib ki, ilk 4 artilleriya qurğusu artıq Ukrayna hərbçilərinin sərəncamındadır.

“Onlar istifadə olunmağa və Rusiya təcavüzkarlarından qorunmağa hazırdırlar”, – Nad vurğulayıb.

Daha əvvəl Nad tviter səhifəsində Slovakiya və Ukraynanın 8 ədəd “Zuzana 2” artilleriya qurğusu tədarükü barədə razılığa gəldiyini bildirib.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova