- Cəmiyyət

Şuşaya avtobusla 6 minə yaxın sərnişin səfər edib

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) işğaldan azad olunmuş ərazilərə istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə indiyədək Şuşaya 5955 sərnişin səfər edib.

DANX-dan “APA-Economics”ə verilən məlumata görə, onlardan 3376 nəfər Bakı – Şuşa – Bakı, 2579 nəfər isə Əhmədbəyli – Şuşa – Əhmədbəyli reysi ilə gedib.

DANX-ın işğaldan azad olunmuş ərazilərə 24 yanvar 2022-ci ildən etibarən istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə bu günədək 200 reys həyata keçirilib, 8588 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib.