- Cəmiyyət

Tailand İsraildən PUA alacaq

İsrailin müdafiə sənaye şirkəti “Elbit” Tailanda taktiki pilotsuz uçuş aparatı satacaq.

“Report” xəbər verir ki, məlumatı “Newsru.co” yayıb.

Bildirilib ki, şirkət tenderin qalibi olub. “Elbit” müsabiqədə Türkiyə, Çin, ABŞ və İsrailin “Aviasiya sənayesi” şirkətinə qalib gəlib.

Məlumata görə, müqavilənin dəyəri 112 miyon dollardır. “Elbit” Tailand Krallığı Hərbi Dəniz Donanmasının ehtiyacları üçün 7 “Hermes-900” PUA tədarük edəcək.

Bu şirkətin son günlər üçüncü iriməbləğli sövdələşməsidir.