ABŞ prezidenti Donald Tramp oktyabrın 27-də Yaponiyaya səfər edəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Minoru Kihara mətbuat konfransında bildirib.
Oktyabrın 29-a kimi davam edəcək səfər zamanı Tramp ölkənin yeni seçilmiş baş naziri Sinae Takaiti ilə danışıqlar aparacaq. Bundan başqa ABŞ prezidenti imperator Naruhito ilə də görüşəcək.
Qeyd edək ki, bu, Trampın ikinci dəfə prezident seçildikdən sonra Yaponiyaya ilk səfəridir.









