Türkiyədə yazıçı Nəriman Əbdülrəhmanlı haqqında kitab çap edilib. “Paradiqma Akademi Yayınları” nəşriyyatında işıq üzü görmüş monoqrafiyanın müəllifi Qars Qafqaz Universiteti ədəbiyyat bölümünün müəllimi dosent Afina Məmmədli-Barmanbaydır.
Monoqrafiyada yazıçının yaradıcılıq yolu, hekayə, povest və romanları, publisistikası, tərcümələri və kino yaradıcılığı ətraflı araşdırılıb.
Qeyd edək ki, dosent Afina Barmanbayın Qars Qafqaz Universitetindəki fəaliyyəti Azərbaycan ədəbiyyatının Türkiyədə tanınmasında və Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrinin inkişafında önəmli rol oynayır.
O, “Əhməd Cavad və Türkiyə”, “Azərbaycan romantik ədəbiyyatında Vətən”, “Gürcüstandan Azərbaycana ağız sözlüyü: Borçalı, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şemkir, Gəncə” (V.Sadıqlı ilə birgə), “Borçalı Qarapapaq çələngi” monoqrafiyalarının və Azərbaycan ədəbiyyatı ilə bağlı çoxsaylı məqalələrin müəllifidir.
MANERA.AZ









