Bakı Türkoloji Qurultayın 100 illik yubiley tədbirləri çərçivəsində 1926-cı ildə təşkil olunmuş elmi müzakirələrin tarixi roluna həsr edilmiş kitabın təqdimatı nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a kitabın müəllifi, Türkiyə Dilçilik Cəmiyyətinin keçmiş sədri, professor Şükrü Haluk Akalın məlumat verib.
Onun sözlərinə görə, nəşrə türkologiyanın və dilçiliyin inkişafına misilsiz töhfə vermiş qurultayın iştirakçılarının arxiv fotoşəkilləri daxil edilib. Kitabda digər materiallarla yanaşı, Stalin repressiyalarının qurbanına çevrilmiş Türkiyə ziyalılarının da fotoşəkilləri yer alır.
Professor qeyd edib ki, “Bakı Türkoloji Qurultayın yüzilliyi 100 sualda” adlı kitab yaxın həftələrdə Türkiyədə nəşr olunacaq və Azərbaycan paytaxtında təqdim ediləcək.









