- Cəmiyyət, Manşet

Türkiyənin tanınmış yazarları Gəncədə raket atəşi ilə dağıdılan ərazilərə baş çəkib

Türkiyənin tanınmış yazarları Nizami Gəncəvinin Məqbərəsini ziyarət etdikdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib.

APA-nın yerli bürosunun məlumatına görə, qonaqlar günahsız mülki insanlara qarşı həyata keçirilmiş erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış olub. Qonaqlar erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb. Qonaqlara cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ümumilikdə 8 dəfə Ermənistan tərəfindən ağır artilleriya və raket zərbələri ilə atəşə tutulması barədə məlumat verilib.