- Cəmiyyət

Ukrayna hərbçiləri Liman şəhərini və daha 5 yaşayış məntəqəsini azad edib

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Donetsk vilayətinin Liman şəhəri və daha 5 yaşayış məntəqəsindən qoşunların geri çəkildiyini təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

Qeyd edək ki, Ukrayna hərbçiləri Limanla yanaşı, Yampol, Novoselovka, Şandriqolovo, Drobışevo və Stavki yaşayış məntəqələrini də nəzarət altına alıb.

13:10

Ukraynanın Donetsk vilayətinin Liman şəhəri və daha 5 yaşayış məntəqəsi Rusiya hərbçilərindən azad edilib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Şərq qrupları qoşununun nümayəndəsi Sergey Çerevat məlumat verib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri Limanla yanaşı, Yampol, Novoselovka, Şandriqolovo, Drobışevo və Stavki yaşayış məntəqələrini də nəzarət altına alıb.