Ukrayna Silahlı Qüvvələri Rusiyanın Saratov Neft Emalı Zavoduna zərbə endirib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“2025-ci il noyabrın 3-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasının Saratov vilayətində yerləşən neft emalı zavoduna zərbə endirib. “ELOU AVT-6″ neft emalı qurğuları kompleksi ərazisində yanğın qeydə alınıb”, – Baş Qərargahdan bildirilib.
Saratov Neft Emalı Zavodu Rusiyanın ən qədim neft emalı müəssisələrindən biridir. 2023-ci ildə onun emal gücü 4,8 milyon ton təşkil edib.









