Yaponiyanın “HTV-X” adlı pilotsuz yük raketi Tanegaşima Kosmik Mərkəzindən buraxılıb.
APA xəbər verir ki, bu barədə Kyodo agentliyinin məlumat yayıb.
Yeni enerji sistemi ilə təchiz edilmiş HTV-X, aşağı temperatur tələb edən eksperimental nümunələri də daşıya bilir.
Yaponiya Kosmik Tədqiqat Agentliyinin məlumatına görə, HTV-X kosmik aparatı sələfi “Kounotori” ilə müqayisədə 1,5 dəfə çox — təxminən 6 ton yük daşıya bilir.









